Zəlzələdə ölənlərin sayı 350, yaralıların sayı isə 4 min nəfərə çatıb
İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 350, yaralıların sayı isə 3950 nəfərə çatıb. Bu barədə SİA "Tass" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, bundan əvvəl İranın Təbii Fəlakətlərə qarşı Mübarizə Təşkilatı 328 nəfərin öldüyü, 2530 şəxsin isə yaralandığını açıqlamışdı.
Qeyd edək ki, dağıdıcı zəlzələ ötən gün axşam saatlarında baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarına görə, sərhəddə bir-birinin ardınca 7.2 və 7.3 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra 4.9 bal gücündə daha bir zəlzələ baş verib. Ümumilikdə gecə müddətində yeraltı təkanlar davamlı olub. İndiyədək 20 aftaşok qeydə alınıb.
Zəlzələ 10 kilometr dərinliyində baş verib. Hadisə nəticəsində İraqda ölənlərin sayı isə 6-ya çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB