İranda ölənlərin sayı 328-ə çatdı VİDEO

İranda ölənlərin sayı 328-ə çatdı VİDEO

İranın qərbində Kermanşah vilayətində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə vilayətin Tibbi xidmətinin saytında yer alan məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl ölənlərin sayının 200, yaralıların sayının isə 2500 nəfər olduğu açıqlanmışdı

İran-İraq sərhəddində baş verən dağıdıcı zəlzələ 7.2 bal gücündə qeydə alınıb. İranın ali lideri Ayətullah Əli Xomeyni əsgərlərin ölkənin qərbində baş verən zəlzələdən zərərçəkənlərə yardım gösərməsi ilə bağlı əmr verib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə