İranda dəhşətli zəlzələ: 80 nəfər ölüb, 1000-dək insan xəsarət alıb (YENİLƏNİB)
İraqın Süleymaniyyə şəhəri yaxınlığında baş verən 7,6 bal gücündə zəlzələ İranda da böyük dağıntılara səbəb olub. İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər gəliblər. Hələlik ölənlər haqqında dəqiq məlumat yoxdur.
Bəzi mənbələr 10 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirirlər. Zəlzələ İranın Qərbi Azərbaycan vilayətinin Urmiya, Xoy, Səlmas, Kirmanşəhr, Maku, Poldəşt, Mərənd, Qaraziyəddin və başqa şəhərlərində də hiss olunub.
+++
İranda zəlzələ nəticəsində ölənlərin sayı 60-a çatıb, 300-dək insan xəsarət alıb. TASS agentliyinin xəbərinə görə, təbii fəlakət əsasən ölkənin qərbindəki Qəsr-e-Şirin, İlam, Kirmanşah şəhərlərinə təsir göstərib. Fəlakət zonalarında axtarış-xilasetmə əməliyyatları davam edir.
+++
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Təbii fəlakət zamanı 1000 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bundan əvvəl 60 nəfərin öldüyü, 300 nəfərin yaralandığı bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB