Hindistanda qayığ batıb, 13 nəfər ölüb

Hindistanda qayığ batıb, 13 nəfər ölüb

Hindistan ərazisindən axan Krişna çayında qayığın batması nəticəsində azı 13 nəfər ölüb. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, Andxra-Pradeş ştatında baş vermiş hadisə zamanı qayıqda 40-a yaxın sərnişin olub. Batmış gəmidən hələlik 15 nəfəri xilas etmək mümkün olub.

Digər sərnişinlərin xilasetmə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə