İraq ordusunun ötən ay İŞİD-dən azad etdiyi Havicə yaxınlığında təxminən 400 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Axar.az xəbər verir ki, Kərkük şəhərinin valisi kütləvi məzarlığın Havicənin kənarında, İŞİD-in edam bölgəsinə çevirdiyi hərbi hava bazasında yerləşdiyini deyib.
İŞİD həmin bazadan təlim düşərgəsi kimi istifadə edirdi. Məzarlıqda tapılanların bəzilərinin əynində mülki geyimlər, bəzilərinin isə İŞİD-in ölüm hökmü verdiyi insanlara geyindirdiyi formalar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB