Beynəlxalq koalisiyanın Suriyaya hava zərbəsində 10 dinc sakin ölüb

Beynəlxalq koalisiyanın Suriyaya hava zərbəsində 10 dinc sakin ölüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib. SİA-nın xəbərinə görə, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbə İraqla sərhəddəki Deyr ez-Zor vilayətinin Əl-Dueyji kəndinə endirilib. Nəticədə 10 dinc sakin həlak olub.

Agentlik bildirir ki, hava zərbəsinə Təl Al-Şaer yaşayış məntəqəsi, içində yaralıların və həkimlərin olduğu təcili yardım maşını məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə