İraqda "Mi-17" helikopteri qəzaya uğrayıb. SİA-nın məlumatına görə, bu barədə "Iraqi News" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən hərbi helikopter Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb.
Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub. Qəzanın başvermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB