Livanda ötən gün qaçırılmış Səudiyyə Ərəbistanı vətəndaşının axtarışları zamanı baş verən atışmada 3 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb. Livan ordusunun əsgərləri ötən gün qaçırılan Səudiyyə Ərəbistanı vətəndaşının axtarışları çərçivəsində geniş miqyaslı əməliyyat hazırlayıb. Axtarış əməliyyatları zamanı əsgərlərə atəş açılması silahlı qarşıdurmaya səbəb olub.
Qeyd edək ki, axtarış aparılan ərazidə aşkar edilən külli miqdarda narkotik vasitə və hərbi ləvazimat Livan ordusu tərəfindən müsadirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB