Hökumət 7 min evi dağıtdı

Meksika hökuməti sentyabrda baş verən zəlzələ nəticəsində ölkənin cənubunda yerləşən Chiapas əyalətində zərər çəkən 7 min evi dağıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İctimai işlər və kommunikasiya naziri Jorge Betancourt Esposa açıqlamasında dağılmış evlərin 2018-ci ilin yanvar ayınadək bərpa ediləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Oaxaca, Xiapas və Tabasko şatatlarında baş verən güclü yeraltı təkanlar nəticəsində 96 nəfər ölüb. Zəlzələ 60 min evə ziyan vurub, onlardan 10 mindən çoxu demək olar ki tamamilə dağılıb.

Həmin zəlzələdən 12 gün sonra 7.1 bal gücündə baş verən növbəti zəlzələ Puebla, Morelos, Guerrero, eləcə də ölkənin paytaxtına ciddi şəkildə ziyan vurub. Hadisə nəticəsində 369 nəfər ölüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə