Filippində ABŞ prezidenti Donald Trampın səfəri ilə bağlı etirazlar başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, noyabrın əvvəlindən başlayaraq ABŞ prezidenti Asiya ölkələrinin turnesinə başlayıb. Belə ki, Tramp əvvəl Yaponiyada, Cənubi, Koreya, Çində, noyabrın 10-da isə Vyetnamda olub. O, noyabrın 12-14 tarixlərində Şərqi Asiya sammitində iştirak etmək üçün Filllipinə səfər edəcək.
Fillippin KİV-lərinin yazdığı məlumata görə, ötən gün 350 etirazçı Manilada yerləşən Amerika səfirliyinə yürüş etməyə çalışsa da, polis yürüşün qarşısını ala bilib.
Aksiyaçılar anti amerika şüarları səsləndirib, əllərində “Trampa qadağa” kimi çağırışlar edən pankartlar daşıyıblar.
Aksiya iştirakçıları noyabrın 13-də ABŞ prezidentinin təsvirini yandırmağı, eləcə də Şərqi Asiya Sammitinin keçiriləcəyi əraziyə yaxın, Amerika səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, Şərqi Asiya sammiti öz işinə başlayıb. Lakin ABŞ və Rusiya prezidentinin həmin sammitə 13-14 noyabr tarixlərində qatılacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB