“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub”

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub”

Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub. APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bəyan edib.

“Səudiyyə Ərəbistanına buraxılan raket İrana məxsus olub. Raketdə İrana aid nişanlar aşkar edilib”, deyə C.Harriqan bildirib. Noyabrın 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketi vurub. ABŞ prezidenti Donald Tramp insidentə görə rəsmi Tehranı ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə