Tereza Mey “Brexit”in başa çatacaq vaxtını açıqladı

Tereza Mey “Brexit”in başa çatacaq vaxtını açıqladı

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması prosesinin yekunlaşma vaxtını elan edib: “Brexit” 2019-cu il martın 29-da Qrinviç vaxtı ilə saat 23:00-da başa çatacaq.

Interfax informasiya agentliyi xəbər verir ki, deputatlar “Brexit” müddətini təsdiqləyən qanun layihəsini gələn həftə müzakirə edəcəklər. Tereza Mey deputatları Aİ-nin tərkibindən çıxma prosesini uzatmaq və ya ləğv etmək cəhdlərindən çəkinməyə çağırıb.

Birləşmiş Krallığın Avropa İttifaqındakı sabiq daimi nümayəndəsi və Lissabon sazişinin 50-ci maddəsinin hazırlanmasında iştirak edən lord Con Kerr bir qədər əvvəl deyib ki, “Brexit” prosesi istənilən an ləğv oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə