Rusiyada hərbi poliqonda partlayış olub

Rusiyada hərbi poliqonda partlayış olub

Rusiyada hərbi poliqonda partlayış olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə Zabaykalye vilayətində yerləşən Tsuqol poliqonunda qeydə alınıb. Belə ki, hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı döyüş sursatı partlayıb. Nəticədə bir zabit və müqavilə əsasında xidmət edən əsgər ölüb.

Daha 4 əsgər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəsarət alan əsgərlərin həyatı üçün təhlükə yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə