Türkiyənin İstanbul, Adana, Trabzon və İzmir şəhərlərində anti-terror əməliyyatı keçirilib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə 109 nəfər saxlanılıb. Onlardan 93-ü xarici ölkə vətəndaşlarıdır.
İstanbulda 14 müxtəlif məkanda keçirilən əməliyyat nəticəsində 82 nəfər saxlanılıb. Bundan əlavə Adanada 11, Trabzonda 9 və İzmirdə isə 7 nəfər saxlanılıb.
Saxlanılan şəxslər İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB