İstanbulda əməliyyat 80 nəfər saxlanıldı

İstanbulda əməliyyat 80 nəfər saxlanıldı

Türkiyənin hüquq mühafizə orqanları İstanbulda əməliyyat keçirib və nəticədə terrorda təşkilatları ilə əlaqədə olan 80 nəfər sübhəli saxlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslərın Suriya və İraqa getməyə hazırlaşan xarici vətəndaşlar olduğu müəyyənləşib.

Hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat İstanbulun 14 müxtəlif rayonunu əhatə edib.

Qeyd edək ki, ötən gün Ankarada keçirilən əməliyyatda 100 nəfər şübhəlinin saxlandığı açıqlanmışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə