Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.
İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.
Binanın bütün sakinləri yaxınlıqdakı iki məktəbdə yerləşdiriblər. Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanıb. Şəhərdə fövqəladə hal rejimi elan edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB