Papa: "Vatikanda siqaret satışı qadağan ediləcək"

Papa: "Vatikanda siqaret satışı qadağan ediləcək"

"Vatikanda Papa Fransiskin qərarı ilə siqaret satışı qadağan ediləcək." Bu barədə Vatikandan bəyanat yayılıb. Qərara səbəb kimi Papalığın insan sağlığına açıq şəkildə ziyan vuran bir fəaliyyətə yardım edə bilməyəcək olması göstərilib.

Bəyanatda həmçinin Dünya Sağlamlıq Təşkilatının siqaretin hər il 7 milyondan çox insanın ölümünə səbəb olması barədə məlumatına da yer verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə