Ankarada 110 nəfər İŞİD üzvü saxlanılıb

Ankarada 110 nəfər İŞİD üzvü saxlanılıb

Türkiyənin paytaxtı Ankarada İŞİD terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyat keçirilib. SİA-nın məlumatına görə, 1500 polisin iştirakı ilə keçirilən əməliyyat zamanı barələrində tutulma qərarı verilən 246 şübhəlidən 110-u saxlanılıb.

250 ünvanda aparılan axtarış zamanı qruplaşmaya aid sənədlər və digər materiallar aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə