ABŞ aviasiyasından hava hücumu 55 əfqan öldü

ABŞ aviasiyasından hava hücumu 55 əfqan öldü

BMT-nin Əfqanıstandakı ofisi xüsusi bəyanatla çıxış edərək noyabrın 8-də ABŞ-ın hərbi aviasiyasının mülki əhalini bombardman etməsini təsdiqləyib.

Bəyanatda deyilir ki, noyabrın 8-də ABŞ-ın hərbi hava qüvvələrinə məxsus bombardmançı təyyarələr Əfqanıstanın Kunduz vilayətini bombalayıb. Vilayətin Çaxadərə şəhərinə düşən bombalar 55 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında qadın və uşaqlar da var.

ABŞ ordusunun baş qərargahından isə bildiriblər ki, qeyd olunan ərazidə radikal terrorçu qrupun üzvləri gizlənirlər. Təyyarələr terrorçuların ərazidəki bazasını bombalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə