Rusiya 2011-ci ildə Ukraynaya verəcəyi qazın qiymətində güzəştə getməyəcəyini bildirib. SİA-nın məlumatına görə, Ukrayna tərəfi qazın qiymətini aşagı salmaq üçün Rusiya tərəfi ilə danışıqlara başlamaq istəyib. Lakin rəsmi Moskva bu danışıqlara getməyəcəyi, getsə də qiymətdə heç bir dəyişikliyin olmayacağını bildirib. Qeyd edək ki, Ukraynanın Baş naziri Nikolay Azarov bu ilin birinci rübündə Rusiyadan hər kubmetrə görə 330 dollar həcmində yanacaq almışdı. Lakin bu rəqəmlərdən heç də razı qalmayan rəsmi Kiyev bu barədə dəfələrlə danışıqlar aparmasına baxmayaraq Rusiya tərəfi qiymətdə heç bir dəyişikliyin olmayacağı bildirmişdi. Bununla da Ukraynanın ən son danışıqları da uğursuz alındı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB