Lavrov: "Putin Trampla görüşə hazırdır"

Lavrov: "Putin Trampla görüşə hazırdır"

"Vladimir Putin Vyertnamda keçiriləcək sammiş çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır". SİA-nın xəbərinə görə, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov açıqlayıb.

"Biz ABŞ prezidentinin Putinlə görüşü ilə bağlı bəyanatlarını eşidirik. Hazırda protokol qaydalarına uyğun olaraq görüşlə bağlı iş gedir. Lidierlərin iş cədvəlləri dəqiqi müəyyənləşdikdən sonra görüş haqqında ətraflı məlumat veriləcək", - deyə Rusiyanın XİN başçısı bildirib.

Lavrov ABŞ dövlət katibi Reks Tillersonla görüşünün də məhz Vyetnam sammiti çərçivəsində baş tutacağını bildirib.

O, ABŞ-ın dövlət katibi ilə iki tərəfli münasibətlərin bərpa edilməsi, Suriya və Koreya, İraq və digər məsələləri müzakirə edəcəyini vurğulayıb. ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı ilə görüşün vacib olduğunu açıqlayıb.

Qeyd edək ki, Asiya və Sakit Okean Ölkələri İqtisadi Əməkdaşlıq (APEC) Zirvə Toplantısı noyabrın 10-11 tarixlərində keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə