Qaz sızması 8 nəfərin həyatına son qoydu

Çinin Xebey vilayətində dəmir filizi mədənində baş vermiş qaz sızması nəticəsində 8 nəfər zəhərlənərək ölüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş 9 nəfərdən 8-ni həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Çin Minmetal korporasiyasına məxsus mədəndə baş vermiş hadisə ilə bağlı hazırda təhqiqat aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə