İŞİD Yəməndə polisə hücum edib, 46 nəfər ölüb

İŞİD Yəməndə polisə hücum edib, 46 nəfər ölüb

Yəmənin Ədən şəhərində İŞİD silahlılarının Cinayət Axtarış İdarəsinə hücumu nəticəsində 46 nəfər ölüb, 47-si yaralanıb. Bu barədə Yəmən Daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir. Məlumata əsasən, ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı dinc sakinlər də var.

Qeyd edək ki, noyabrın 5-də İŞİD silahlıları Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum edib. Əvvəl terrorçu-kamikadze özünü İdarənin girişində partladıb, sonra isə 30-a yaxın silahlı binaya daxil ola bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə