İngilis fizik: "2600-cü ildə dünya məhv olacaq"

İngilis fizik: "2600-cü ildə dünya məhv olacaq"

"Bəşəriyyət 2600-cü ildə məhv olmaq təhlükəsi ilə qarşılaşacaq." Axar.az xəbər verir ki, bu iddianı ingilis fizik və nəzəriyyəçi Stefan Hokinq irəli sürüb. O bildirib ki, dünya əhalisinin sürətlə artmı və buna bərabər olaraq enerjiyə də tələbatın çoxalması dünyanı fəlakətə sürükləyəcək.

Nəzəriyyəçi yeni planet axtarışlarının qaçılmaz olduğunu qeyd edib: “Bu dünyanın insanları öz varlıqlarını daha milyon illər uzatmaq istəyirlərsə, qorxusuz şəkildə heç kimin getmədiyi yerlərə ayaq basmalıdırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə