Putin açıqladı: "Rusiyanın silah ixracatı 15 milyardı keçməlidir"

"Rusiyanın silah ixracatı 15,3 milyard dollar təşkil etməlidir." Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, cari ilin üç rübünün nəticəsinə əsasən, hərbi-texniki əməkdaşlıq xətti üzrə sifariş portfeli 45 milyard dollardan çox olub.

Qeyd edək ki, Rusiya dünyada silah satışına görə ABŞ-dan sonra ikinci yeri tutur. Ölkə öz silahlarının 53%-ni Asiya ölkələrinə, 42%-ni Afrikaya, 3%-ni Şimali və Cənubi Amerikaya, 2%-ni Avropaya satır.

Bütün xəbərlər Facebook səhifəmizdə