“Haaretz”: “Türkiyənin Şərq ilə yaxınlaşması ABŞ və İsraili narahat edir”

“Haaretz”: “Türkiyənin Şərq ilə yaxınlaşması ABŞ və İsraili narahat edir”

Türkiyənin İsrail ilə keçirəcəyi hərbi təlimi ləğv edərək Çinlə təlim keçirməsi və İranın Çindən raket texnologiyası almasından sonra ABŞ və İsrail bu ölkələrin addımlarını daha diqqətlə izləməyə başlayıb. Vaşinqton və Təl-Əviv üç ölkə arasında inkişaf edən hərbi əməkdaşlıqdan narahatdır. SİA-nın məlumatına görə, iki il əvvələ qədər hava təlimlərində Türkiyənin başlıca ortağının İsrail olduğunu yazan "Haaretz" qəzeti 2001-ci ildə Türkiyənin İsrail və ABŞ ilə Konyada taktiki hava təlimi mərkəzinin açılışını etdiyini xatırladıb.

 

2008-ci ilə qədər İsrail Hava Qüvvələrinin Türkiyə hava sahəsini tez-tez dolaşdığını yazan qəzet indi bu əlaqələrin tərsinə döndüyünü qeyd edib: "Türkiyə 2009-cu ildə İsrailin "Anadolu qartalı" təlimində iştirak etməsinə qarşı çıxdı. ABŞ-da Türkiyənin bu qərarına görə, bu il təşkil ediləcək təlimə qatılmaqdan imtina etdi. Bəzi NATO ölkələri eyni qərarı verdi. Türkiyə İsrail Hava Qüvvələrinin yerini Çin Hava Qüvvələri ilə doldurdu. Çin türk "F-16"ları ilə birgə təlim alması üçün "Sukhoi SU-27" döyüş təyyarələrini və pilotlarını göndərdi. Keçmişdə bu cür təlimlər hamının gözü qarşısında edilərdi, ancaq keçən həftə gizli bir şəkildə reallaşdırıldı. Türk mətbuatı təlim qurtarmasından sonra xəbər verdi və üzərində çox dayanmadı".

 

Qərb ölkələrinin Çin ordusundakı dəyişiklikləri, xüsusilə də sərhədlərindən çox uzaqlarda döyüş təcrübəsi qazanmasını təmin edəcək uzunmüddətli donanma və hava təlimlərini yaxından izlədiyini qeyd edən qəzetə görə Çin digər tərəfdən də təcavüzkar siber döyüş təcrübəsini inkişaf etdirir. Xarici kəşfiyyat mənbələrinə görə, bu məqsəd üçün 60 min kompüter çalışır.

 

ABŞ Çin döyüş təyyarələrinin Pakistan və İran üzərindən Türkiyəyə uçması xəbərlərinin ortaya çıxmasından sonra Ankaranın Tehran ilə etdiyi hərbi əməkdaşlığı rədd etdi. Üç ölkə arasında inkişaf edən hərbi əməkdaşlığı, İranın Çin ilə etdiyi silah razılaşmalarını izlədi. "Haaretz" yazır ki, "Hizbullah"ın İsraillə etdiyi II Livan Müharibəsində İsrail donanmasının "Hanit" raketdaşıyan gəmisinə endirilən "C-802" raketi İranda Çin texnologiyası istifadə edilərək istifadə olunub: "Çin həmçinin Türkiyə ilə birlikdə qurudan-quruya raket sistemini inkişaf etdirir. Çin baş naziri Vin Ciabao isə bu ay Ankaraya səfər edərək çoxlu sayda əməkdaşlıq razılaşması imzalayacaq".

 

Qəzet Türkiyə və Çinin yalnız hərbi deyil, eyni zamanda iqtisadi sahədə də əməkdaşlığı genişləndirdiyini qeyd edib: "Türkiyə və Çin İrandan tikiləcək neft boru xətləri layihələrində iştirak edib. İki ölkə arasındakı yaxın əlaqələrin bir səbəbi də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şuranının daimi üzvü olan Çinin İranın nüvə proqramına istiqamətlənən daha sərt sanksiyaların qəbul olunmasına qarşı dayanan müxalifətin önündə olmasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə