Putin və Tramp APEC-in sammitində görüşəcək

Putin və Tramp APEC-in sammitində görüşəcək

Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp Vyetnamda keçiriləcək Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatı (APEC) sammitində görüşəcəklər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"APEC sammitində V.Putinlə D.Trampın danışmaq imkanı olacaq, görüşün detalları hazırlanır", - D.Peskov bildirib.

Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə