Putindən Trampa: Bundan daha vəhşi hərəkət yoxdur

Putindən Trampa: Bundan daha vəhşi hərəkət yoxdur

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Texas ştatındakı “Birinci Baptist” kilsəsindəki hücumla əlaqədar ABŞ Prezidenti Donald Trampa başsalığı məktubu göndərib. Axar.az xəbər verir ki, Putin məktubda hücum zamanı həyatını itirənlərin ailəsinə və yaxınlarına səbir, yaralılara isə şəfa diləyib. “Mən Texasdakı faciədən dərin kədərləndiyimi bildirirəm. Kilsə ayinlərinin icrası zamanı insanların öldürülməsindən daha vəhşi və qəddar bir hərəkət yoxdur”, - Putin bildirib.

Qeyd edək ki, ötən gün Hərbi Hava Qüvvələrində xidmət etmiş Devin Kellinin Texas ştatınındakı “Birinci Baptist” kilsəsinə silahlı hücumu zamanı 26 nəfər ölüb, 20 şəxs yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə