İsrail ABŞ-dan “F -35” döyüş təyyarələri alır

İsrail ABŞ-dan “F -35” döyüş təyyarələri alır

İsrail ABŞ-dan "F -35" döyüş təyyarələri almaq üçün Nyu-Yorkda bu ölkə ilə müqavilə imzalayıb. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Nazirliyi rəsmisi Ehud Şaninin imzaladığı müqaviləyə görə, İsrail ABŞ-dan 3 milyard dollar dəyərində olan 20 ədəd "F-35" təyyarəsi alacaq.

 

İsrailə 2016-cı ildə təhvil veriləcəyi "F-35" təyyarəsindən əlavə daha 55 təyyarənin satılma variantının da nəzərdən keçirildiyi bildirilir. Deyilənə görə, bu təyyarələrin köməyilə radara düşmədən İsraildən İrana çatmaq mümkündür. İsrailin baş naziri Benyamin Netanyahu da "F-35"lərin ölkənin ordusunun əhəmiyyətli ölçüdə gücləndirəcəyini söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə