Qoca pələng qadına hücum etdi

Rusiyanın Kalininqrad şəhərindəki heyvanat parkında pələng öz baxıcısına hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəfəsinin bir tərəfi açıq qalan pələng ona yemək aparan qadını paraçalamaq istəyərək üzərinə atılıb.

Vəhşi heyvanın baxıcısına hücum etdiyini görən pakın qonaqları ona müxtəlif əşyalar ataraq qadını xilas etməyi bacarıblar. Yaralı vəziyyətdə xəstəxanaya aparılan heyvan baxıcısının həyati təhlükəsi olmadığı bildirilib.

Qeyd edək ki, Sibir pələngləri orta hesabla 15 il yaşadığı təqdirdə, sözügedən heyvan 16 ildir ki, həyatdadır.

Müəllif: Fəxriyyə Mahmudova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB