ABŞ bayraqları endirilsin! ƏMR

ABŞ prezidenti Donald Tramp ölkədə bayraqların endirilməsi ilə bağlı əmr verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amerika bayraqları noyabrın 5-də Texasda kilsədə baş verən atışmaya görə ayın 9-dək endiriləcək.

"Noyabrın 5-də Texasda baş verən hadisə nəticəsində həlak olanların xatirəsinə hörmət əlaməti olaraq ABŞ bayraqları Ağ Ev eləcədə bütün dövlət binalarında, hərbi hissələrdə və hərbi dəniz bazasında, federal hökumət gəmilərində noyabrın 9-dən endirilısin" deyə, Əmrdə deyilir.

Bayraqlar həmçinin ABŞ-ın xaricdə fəaliyyət göstərən bütün səfirlik və nümayəndəliklərində də endiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə