İnquşetiyanın Nazran rayonunda Yol-Patrul Xidmətinin blok-postuna hücum edən iki silahlı məhv edilib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı mülki şəxslər arasında zərərçəkən olmayıb. Silahlılarla qarşıdurmada iki polis əməkdaşı yaralanıb, biri həlak olub.
Xatırladaq ki, Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb. Hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB