İranda ağır yol qəzası: 10 nəfər ölüb

İranda ağır yol qəzası: 10 nəfər ölüb

İranda ağır yol qəzası baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, paytaxtdan Günbədi-Kavus şəhərinə gedən sərnişin avtobusu Mazandaran əyalətinin Savadkuh bölgəsində aşıb.

Qəza nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisə dünən axşam yerli vaxtla saat 18:46 -da baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə