Venesuela müxalifətinin lideri Çili səfirliyində gizlənib

Venesuela müxalifətinin lideri Çili səfirliyində gizlənib

Venesuela müxalifətinin liderlərindən sayılan Fredi Gevara Karakasdakı Çili səfirliyinin binasına sığınıb. Çili Xarici İşlər Nazirliyindən verilən açıqlamada adət-ənənəyə uyğun olaraq Gevaranı qonaq kimi məmnuniyyətlə qarşıladıqları bildirilib. Venesuela hökuməti məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Fredi Gevara Venesuela parlamentinin üzvüdür. Hökumətin nəzarətindəki Ali məhkəmə bu il ölkədə hökumətə qarşı baş vermiş etirazlarda narahatlığı artırdığına görə Gevaranın xaricə çıxışını məhdudlaşdırıb və toxunulmazlığının ləğv edilməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə