Kərkükdə iki partlayış olub, 5 nəfər ölüb

Kərkükdə iki partlayış olub, 5 nəfər ölüb

İraqın Kərkük şəhərində baş verən 2 partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, ilk partlayış üzərində partladıcı olan terrorçunun bombanı işə salması, ikinci isə Haşdi-Şabinin qərargahına çevrilən Kürdüstan Demokrat Partiyasının yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Partlayışlar nəticəsində 5 Haşdi-Şabi üzvü həlak olub, ağır vəziyyətdə olan daha 10 nəfər isə xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə