ABŞ prezidenti Donald Tramp xanımı Melanye Trampla birlikdə Yaponiyaya səfər edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezidentin təyyarəsi Amerikanın Yaponiyadakı "Yokota" hava bazasında yerə enib. Daha əvvəl bildirilib ki, ABŞ lideri yapon həmkarı ilə KXDR problemini, habelə Yaponiya ilə ticarət məsələsini müzakirə edəcək.
Ağ Ev rəhbərinin Yaponiyaya səfəri Asiya regionuna 13 günlük turun tərkib hissəsidir. Həmin tura Çinə və Vyetnama səfərlər də daxildir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB