Vyetnamın mərkəzi vilayətlərində tüğyan edən fırtına 11 nəfərin həyatına son qoyub, çox sayda insan itkin düşüb.
SİA-nın Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, güclü külək Dananq şəhərinin çimərlikləri boyunca uzanan əsas avtomobil yollarında reklam şitlərini zədələyib. Noyabrın 6-dan 11-dək bu şəhərdə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin sammitinin keçirilməsi planlaşdırılır.
Bir qədər əvvəl məlumat verilib ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, Yaponiyanın Baş naziri Sinzo Abe, Çin Xalq Respublikasının Sədri Si Çinpin və bir çox digər dünya liderləri sammitdə iştirak etmək niyyətindədir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB