Medvedev Cənubi Kipri ziyarət edən ilk rus dövlət başçısı oldu

Medvedev Cənubi Kipri ziyarət edən ilk rus dövlət başçısı oldu
Moskva Kiprin Yunan hissəsi ilə əlaqələrini gücləndirir. SİA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev dünən başlayan Əlcəzair səfərindən sonra bu gün Kiprin yunan bölgəsinə gedib. Bu, Rusiya tarixində prezidentin Kiprə ilk dəfə reallaşan səfəri kimi düşüb. Ziyarətlə əlaqədar Kiprin yunan bölgəsinin lideri Xristofyas iki ölkə arasındakı əlaqələrin güclənəcəyini bildirib: "Rusiya ilə bölgəmiz arasındakı əlaqələr zamanın sınağından güclənərək çıxıb. Medvedevin təmasları çərçivəsində çox sayda razılaşma imzalanacağını və əlaqələrin daha da möhkəmlənəcəyini ümid edirik". Bir çox planların hazırlandığını deyən lider məaliyyə, sərmayə, hüquq, ictimai və mədəni mövzularda, təhsil, sağlamlıq və elm sahələrində ortaq layihələrin reallaşdırılacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə