6 təyyarə hava limanına eniş edə bilmədi

Rusiyanın Krasnoyarsk şəhərində güclü küləklə əlaqədar 6 təyyarə hava limanına eniş edə bilməyib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, eniş edə bilməyən təyyarələr yaxınlıqdakı digər hava limanlarına yönləndirilib və ya geri qayıdıb.

Qeyd olunur ki, 4 reys Abakan şəhərinə, bir reys Kemerovo şəhərinə yönləndirilib.

Məlumata görə, Novosibirskdən olan reys isə geri qayıdıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə