30 min insan işıqsız qaldı

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Rusiyanın Krasnoyarsk və Kemerovo bölgəsində 30 min insan elektrik enerjisiz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, elektrik enerjisinin bu gün saat 18:00-a qədər bərpa edilməsi nəzərdə tutulur.

Məlumata görə, nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Fövqəladə işlərin bu gün axşam saatlarına qədər yekunlaşacağı açıqlanıb.

Krasnoyarsk ərazisindəki Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, şənbə günü bölgədə şimal-qərb küləyinin sürəti saniyədə 20 metrə, əyalətin mərkəzi və cənub, Eutki və Turuxan bölgələrində isə saniyədə 25 metrə çatacağı gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə