Meksika sahillərində 5.7 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanın episentri Xalisko əyalətində yerləşən Siouxtlan kəndindən 225,8 km cənub-qərbdə yerləşib. Zəlzələnin mərkəzi 10 km dərinliyində baş verib. Hazırda dağıntı və həlak olanlar haqqında heç bir məlumat yoxdur.
Qeyd edək ki, sentyabr ayında Meksikada iki güclü zəlzələ baş verib.Hökumətin açıqladığı məlumata əsasən, sentyabrın 7-də baş verən zəlzələ nəticəsində 70, ayın 19-da baş verən zəlzələ nəticəsində isə 369 nəfər ölüb. Yeraltı təkanların ölkəyə vurduğu ziyan isə 2 milyard dollar olub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB