ABŞ və Rusiya prezidentləri görüşəcək

ABŞ və Rusiya prezidentləri görüşəcək

ABŞ və Rusiya prezidentlərinin görüşü gözlənilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya dövlət başçıları Donald Tramp və Vladimir Putinin Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) sammitində görüşünü istisna etməyib.

Qeyd edək ki, Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının yubiley - 25-ci sammiti noyabrın 5-də Vyetnamda keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə