Miqrantları daşıyan gəmi batıb

Miqrantları daşıyan gəmi batıb

Miqrant və qaçqınları daşıyan taxta gəmi Ege dənizinin cənubundakı Yunan Kalolimnos adası yaxınlığında batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, batan şəxslərdən 4 nəfəri xilas edilib, 1 nəfər isə ölü tapılıb.

Xilas edilənlərdən birinin dediklərinə görə, gəmidə 22-24 nəfər olub.

Hazırda hadisə yerində itkin düşən şəxslərin axtarışı ilə bağlı xilasetmə tədbirləri davam edir. Axtarışa 4 xilasetmə gəmisi, bir helikopter, iki turist və yük gəmisi cəlb edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə