"Erməni sahibkarlarının Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə imkanları olacaq." Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Karen Karapetyan söyləyib. “Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etməyimiz təklifdən asılıdır. Erməni iş adamlarına sərf etsə, onlar Bakı-Tiflis-Qars dəmir yolunun xidmətlərindən istifadə edəcəklər", - deyə nazir bildirib.
Qeyd edək ki, bundan öncə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edə biləcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB