8 türk hərbçisi şəhid olub

Türkiyənin Hakkari vilayətində İraqın şimalından Türkiyə ərazisinə keçmək istəyən PKK terrorçuları ilə hərbçilər arasında atışma olub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şəmdinli rayonunda baş verən atışmada 8 türk hərbçisi şəhid olub, 5 terrorçu məhv edilib.

Qeyd edək ki, bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə