Türkiyədə terrorçularla atışma 8 əsgər şəhid olub

Türkiyədə terrorçularla atışma  8 əsgər şəhid olub

Bu gün İraqın şimalından Türkiyəyə keçmək istəyən PKK terrorçuları ilə hərbçilər arasında atışma olub. Türkiyə mediasının verdiyi məlumata görə, terrorçular Hakkari rayonunun Şəmdinli qəsəbəsinə keçmək istəyiblər. Atışma nəticəsində 8 əsgər şəhid olub, 4 terrorçu məhv edilib.

Bölgədə vertolyotların da cəlb edildiyi geniş miqyaslı əməliyyat başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə