Yəməndə 21 nəfər həlak olub

Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri noyabrın 1-də Yəmənə güclü hava zərbələri endiriblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində Səda əyalətində 21 nəfər həlak olub.

Yaralıların çox olması ilə əlaqədar ölənlərin sayının artacağı ehtimal edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə