Ermənistanda partlayıcı maddə daşıyan maşın qəza törətdi

Ermənistanda partlayıcı maddə daşıyan maşın qəza törətdi

Yerevanda partlayıcı maddə daşıyan “QAZel” markalı mirkoavtobus qəzaya uğrayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Yerevan-Yerasx avtomobil yolunda, Ovtaşat kəndi yaxınlığında baş verib. Həmin ərazidə “Mersedes”, “Opel Astra” və “QAZel” mikroavtobusu toqquşub. Amma "QAZel"dəki partlayıcı maddələr alışmayıb.

Xilasedicilər partlayıcı maddənin təhlükəsiz daşınmasını təmin ediblər.

Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə