Hindistanda 14 nəfər həlak olub

Hindistanın Racasthan vilayətində transformatorun partlayış nəticəsində 14 nəfər həlak olub, 7 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə dünən Şahpur şəhəri yaxınlığındakı Xatulay kəndində baş verib.

Hadisə qurbanlarının sayının çoxluğu partlayış zamanı transformatorun yaxınlığında toyu bayram edən yerli sakinlərin olması ilə bağlıdır. Polisdən qeyd ediblər ki, partlayış zamanı qaynar transformator yağı çölə püskürüb, bir çox insan ciddi yanıq xəsarətləri alıb.

Partlayışın dəqiq səbəbləri bilinmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə