İŞİD Kabildə törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb
İŞİD qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb. TASS informasiya agentliyi xəbər verir ki, xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi Vəzir-Əkbər-Xan diplomatik məhəlləsində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Bir qədər əvvəl KİV-lər insident nəticəsində 13 nəfərin öldüyü və daha 13 nəfərin xəsarət aldığı barədə məlumat yaymışdılar. Partlayışı 13 yaşlı kamikadzenin törətdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB